<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Kəlam bir bəşər olub sakin İL160</title>
<lyrics>[V1]
 Kəlam bir bəşər olub sakin oldu aramızda,
 Şərik olub ətlə qana O gəzdi aramızda.
 O, Göylərdən xəbər verdi,xəbər verdi həqiqətdən,
 Yerdə imtahan olundu, O, Nur oldu aramızda.

[C1]
   Döyülərkən O döymədi,söyülərkən O söymədi,
   Qərib və gəlmələr kimi O, yad oldu aramızda.
   Döyülərkən O döymədi, söyülərkən O söymədi,
   Böyük bir Kəhkəşan olub O yeridi aramızda.

[V2]
 Günahkarlar arasında yedi, içdi, O oturdu,
 İnsanlar tərəfi ndən təhqirlərə məruz oldu.
 Əfv edərək günahları şəfa verdi xəstələrə,
 Lakin yenə tanınmadı, qərib oldu aramızda.

[V3]
 Kəlam bir bəşər olub sakin oldu aramızda,
 Şərik olub ətlə qana, O gəzdi aramızda.
 Yüksəldilib Haqq-Təalanın O izzətli qüdrətiylə,
 Əbədiyyən Kahin olub, Göyə qalxdı aramızdan.</lyrics>
<hymn_number>160</hymn_number>
</song>